Bakı. Trend:
Rusiya növbəti dəfə Ukrayna ərazisində sükut rejimi elan edir.
Trend-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
Məlumata əsasən, sükut rejimi yerli vaxtla saat 09:00-da (Bakı vaxtilə 11:00) tətbiq olunacaq.
Eyni zamanda Kiyev, Mariupol, Xarkov və Sumı şəhərlərindən dinc sakinlərin çıxarılması üçün humanitar dəhlizlərin açılması nəzərdə tutulur.
Qeyd edək ki, martın 5-də Rusiya tərəfii Ukraynada sükut rejiminin tətbiq olunduğunu və humanitar dəhlizlərin açıldığını bildirmişdi.