...

DB Ukraynaya 723 milyon dollar məbləğində maliyyə dəstəyinin verilməsini təsdiqləyib

Dünya xəbərləri Materials 8 Mart 2022 08:15 (UTC +04:00)
DB Ukraynaya 723 milyon dollar məbləğində maliyyə dəstəyinin verilməsini təsdiqləyib

Bakı. Trend:

Dünya Bankının (DB) Direktorlar Şurası Ukrayna hakimiyyətinə 723 milyon dollarlıq maliyyə dəstəyi paketi təqdim etmək qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə maliyyə qurumunun açıqlamasında deyilib.

Bu məbləğə Hollandiya və İsveç tərəfindən verilən kreditlər, qrantlar və kredit zəmanətləri daxildir. DB nümayəndələri hesab edirlər ki, bu vəsaitin ayrılması "hakimiyyət orqanlarına ukraynalılara həyati əhəmiyyətli xidmətlər göstərməyə, o cümlədən xəstəxana işçilərinə əmək haqqı, pensiyaların ödənilməsinə və həssas qrupun daxil olan vətəndaşların maraqlarına uyğun proqramların aparılmasına kömək edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti