...

Ukrayna baş prokuroru Marqarita Simonyana qarşı ittiham irəli sürüldüyünü bildirib

Dünya xəbərləri Materials 11 Mart 2022 18:07 (UTC +04:00)
Ukrayna baş prokuroru Marqarita Simonyana qarşı ittiham irəli sürüldüyünü bildirib

Bakı. Trend:

Ukrayna Baş prokuroru İrina Venediktova Rusiyanın "Russia Today" telekanalının baş redaktoru Marqarita Simonyana qarşı ittihamın irəli sürüldüyünü bildirib.

Trend-in məlumatına görə, bu barədə o, öz "Facebook" səhifəsində yazıb.

O bildirib ki, Ukrayna məhkəməsi M.Simonyanın qiyabi həbsi ilə bağlı qərar verib.

Baş prokurorun sözlərinə görə, rusiyalı jurnalistə "Ölkədə konstitusion düzənin devrilməsi məqsədi daşıyan fəaliyyətin maliyyələşdirilməsi" maddəsi ilə ittiham irəli sürülüb.

İ.Venediktova əlavə edib ki, yaxın günlərdə onun beynəlxalq axtarışa verilməsi prosesini işə salmaq planlaşdırılır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti