...

Rumıniya tufan təhlükəsi ilə üzləşib

Dünya xəbərləri Materials 12 Aprel 2022 20:59 (UTC +04:00)

Bakı. Trend:

Rumıniyanın şimal, şimal-qərb və cənub hissələrində güclü küləklər səbəbindən ölkənin on bölgəsində artan tufan təhlükəsi kodu elan edilib.

Trend xəbər verir ki, sinoptiklər ən əlverişsiz vəziyyətin Bakau, Braila, Qalatsi, Suçava, Tulça, Vrancea və İaşi əyalətlərində olacağını proqnozlaşdırırlar. Bu ərazilərdə küləyin sürətinin saatda 70-150 kilometr olacağı gözlənilir. Artıq rayon rəhbərliyi yerli sakinlərə müraciət edərək, onları uzaq məsafələrə mümkün qədər getməməyə, həmçinin park və meydanlarda gəzməkdən çəkinməyə çağırıb.

Tufan xəbərdarlığı bu il aprelin 14-dək qüvvədə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti