...

BMT-nin baş katibi Ukraynana aprelin 28-i səfər edəcək

Dünya xəbərləri Materials 23 Aprel 2022 05:27 (UTC +04:00)

Bakı. Trend:

BMT-nin baş katibi Antonio Quterreş aprelin 28-i Ukraynaya səfər edəcək.

Trend xəbər verir ki, bunu BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.

Onun sözlərinə görə, A.Quterreş Ukrayna Prezidenti Volodimir Zelenski və XİN rəhbəri Dmitri Kuleba ilə görüşəcək.

Bundan əlavə, baş katib BMT-nin Ukraynadakı agentliklərinin əməkdaşları ilə Ukrayna xalqına humanitar yardımın genişləndirilməsini müzakirə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti