Bakı. Trend:
Mayın 21-də Kanadanın Kvebek və Ontario əyalətlərinin cənub bölgələrində başlayan tufan nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə "CTV" telekanalı məlumat yayı. Daha əvvəl 8 nəfərin öldüyü bildirilirdi.
Son məlumatlara görə, 9 nəfər tufan nəticəsində aşan ağacların altında qalaraq, 1 nəfər isə qayığın aşması nəticəsində ölüb.
Yerli elektrik şəbəkəsi şirkətlərindən bildirilib ki, Ontarioda təxminən 185 min istehlakçı, Kvebekdə isə təxminən 200 min istehlakçı elektriksiz qalır.