...

"Apple"-in Çində yerləşən zavodunda son ayda üçüncü qiyam baş verib

Dünya xəbərləri Materials 28 May 2022 03:49 (UTC +04:00)
"Apple"-in Çində yerləşən zavodunda son ayda üçüncü qiyam baş verib

Bakı. Trend:

Şanxayda "Apple" şirkətinin podratçılarından biri olan "Quanta Computer"-in istehsal sahəsində bir ayda üçüncü qiyam baş verib.

Trend "Bloomberg"-ə istinadla xəbər verir ki, işçilər uzun sürən karantin səbəbindən ilk tələbat vasitələrinin tükənməsindən narahatdırlar.

Çində növbəti COVID-19 dalğası səbəbindən Quanta Kompüter zavodunda Aprelin əvvəlindən iş şəraiti daha da sərtləşib. İşçilərə fabrik ərazisini tərk etmək qadağan edilib, onlar iş yerlərinə yaxın ərazidə yaşamağa məcbur edilir.

Xatırladaq ki, martın 28-də yerli hakimiyyət orqanları COVID-19-un yayılması səbəbindən Şanxayda son iki ildə ən sərt karantin rejimi tətbiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti