...

ABŞ-da 329 il əvvəl cadugərlikdə ittiham olunan qadına bəraət verilib

Dünya xəbərləri Materials 28 May 2022 07:05 (UTC +04:00)
ABŞ-da 329 il əvvəl cadugərlikdə ittiham olunan qadına bəraət verilib

Bakı. Trend:

ABŞ-ın Massaçusets ştatında 1693-cü ildə cadugərlikdə ittiham olunaraq barəsində ölüm hökmü çıxarılan Elizabet Consonun işinə baxılıb.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, dinləmələrin nəticələrinə görə, ştat Elizabet Consona bəraət veriblər. Qadın, 1693-cü ildə cadugərlikdə təqsirli bilinərək "Salem ifritə məhkəmələri" adlandırılan prosesin qızğın vaxtında ölüm cəzasına məhkum edilib.

Qeyd olunur ki, E. Conson hökm çıxarılandan sonra edam edilməyib, lakin ona bəraət də verilməyib.

Bununla bağlı araşdırmaların başlanması Şimali Andover məktəbinin 8-ci sinif şagirdlərinin təşəbbüsü nəticəsində baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti