...

Avstriya NATO-ya üzv olmaq niyyətində deyil - Kansler

Dünya xəbərləri Materials 19 İyul 2022 04:57 (UTC +04:00)
Avstriya NATO-ya üzv olmaq niyyətində deyil - Kansler

Bakı. Trend:

Avstriya İsveç və Finlandiyadan nümunə götürüb NATO-ya üzv olmağı planlaşdırmır.

Trend xəbər verir ki, bunu Vyanada mətbuat konfransı zamanı Avstriyanın federal kansleri Karl Nehammer deyib.

K.Nehammerin sözlərinə görə, onun ölkəsi "hərbi neytrallıqlarını yenidən nəzərdən keçirən" və "NATO-ya üzv olmağa çalışan" İsveç və Finlandiyanın addımlarını təkrarlamaq niyyətində deyil.

Kansler qeyd edib ki, Avstriya Avropa İttifaqının beynəlxalq sahədə və Aİ-nin təhlükəsizliyi sahəsində birgə siyasətinə sadiqdir və həmçinin öz müdafiəsinə investisiyaları artırmağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti