...

Türkiyə XİN İraq hökumətini Duhokdakı hücumun iştirakçılarının müəyyən edilməsi üçün əməkdaşlığa çağırıb

Dünya xəbərləri Materials 21 İyul 2022 02:04 (UTC +04:00)
Türkiyə XİN İraq hökumətini Duhokdakı hücumun iştirakçılarının müəyyən edilməsi üçün əməkdaşlığa çağırıb

Bakı. Trend:

Türkiyə Xarici İşlər Nazirliyi İraq hökumətini bu ölkənin Duhok əyalətinin Zaxo rayonunda baş verən hücumda iştirak edənlərin şəxsiyyətinin müəyyən edilməsi üçün əməkdaşlığa çağırıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə XİN-in mətbuat xidmətindən bildirilib.

"Terror təşkilatından gələn bu cür hücumlar ölkəmizin terrorla mübarizədə ədalətli və qətiyyətli mövqeyinə yönəlməsi kimi qəbul edilir", - deyə açıqlamada bildirilir.

Nazirlikdən verilən yazılı açıqlamada İraqın Duhok əyalətinin Zaxo rayonunda silahlı hücum nəticəsində 8 nəfərin öldüyü, 23 nəfərin yaralandığı qeyd edilir.

Qeyd edilir ki, Türkiyə mülki şəxslərə qarşı hər hansı hücumu pisləyir və qəti şəkildə buna qarşıdır.

"Türkiyə beynəlxalq hüquq normalarına uyğun olaraq terrora qarşı mübarizə aparır, mülki əhalinin, mülki infrastrukturun, tarixi və mədəni sərvətlərin qorunmasına xüsusi diqqət yetirir. Terror təşkilatından gələn bu cür hücumlar ölkəmizin terrorla mübarizədə ədalətli və qətiyyətli mövqeyinə yönəlib", - deyə açıqlamada bildirilir.

Bildirilir ki, Türkiyə bu cinayətin araşdırılması və həqiqətin üzə çıxarılması üçün əlindən gələni etməyə hazırdır.

"İraq hökumətini PKK terror təşkilatının təsiri altında bəyanatlar verməməyə və günahkarların müəyyən edilərək cəzalandırılması üçün əməkdaşlıq etməyə çağırırıq", - deyə XİN-dən əlavə edilib.

Xatırladaq ki, İraq hökuməti mülki şəxslərin Türkiyə artileriyasının zərbələri nəticəsində öldüyünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti