...

Kappadokiyada hava şarı sərt eniş edib, ölənlər var

Dünya xəbərləri Materials 18 Oktyabr 2022 12:27 (UTC +04:00)
Kappadokiyada hava şarı sərt eniş edib, ölənlər var
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Kappadokiya bölgəsində hava şarının sərt eniş nəticəsində 2 turist həlak olub.

Trend-in məlumatına görə, daha 3 turist xəsarət alıb.

Qeyd olunur ki, bütün turistlər İspaniya vətəndaşları olub. İlkin məlumatlara əsasən, hava şarının qəzasına eniş zamanı güclü küləyin başlaması səbəb olub. Nəticədə şar sürətlə yerə çırpılıb.

Xəsarət alan turistlər Nevşehir vilayətində xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti