...

Avropa İttifaqı ölkələri Rusiya neftinin qiymət həddi ilə bağlı razılığa gəliblər

Dünya xəbərləri Materials 3 Dekabr 2022 03:56 (UTC +04:00)
Avropa İttifaqı ölkələri Rusiya neftinin qiymət həddi ilə bağlı razılığa gəliblər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) ölkələri Rusiya neftinin qiymətini bir barel üçün 60 dollar həddində olması barədə razılaşıblar.

Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

"G7 və digər tərəfdaşlarla razılaşdırılan Aİ-nin neft həddi haqqında saziş Rusiyanın gəlirlərini əhəmiyyətli dərəcədə azaldacaq", - deyə o bildirib.

Komissiya rəhbərinin sözlərinə görə, "bu, bizə enerji daşıyıcılarının dünya qiymətlərini sabitləşdirməyə kömək edəcək və bu, bütün dünyada inkişaf etməkdə olan iqtisadiyyatlara fayda verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti