Bakı. Trend:
Almaniyada inflyasiya göstəriciləri noyabrda bir qədər səngiyib və illik 10% təşkil edib.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə göstəriciləri Almaniyanın Federal Statistika İdarəsi dərc edib.
Göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% artıb. 2022-ci ilin oktyabr ayı ilə müqayisədə isə istehlak qiymətləri 0,5% azalıb.
Statistika İdarəsi diqqəti Ukrayna ərazisində hərbi əməliyyatların başlanmasından sonra ən çox enerji daşıyıcılarının bahalaşmasına yönəldib ki, bu da Almaniyada ümumi inflyasiya səviyyəsinə ciddi təsir göstərib.