Bakı. Trend:
Rusiyanın Avropa İttifaqının (Aİ) doqquzuncu sanksiya paketinə cavabı özünü çox gözlətməyəcək.
Trend xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı deyib.
“Aİ-nin tətbiq etdiyi hər hansı yeni sanksiyalar paketindən asılı olmayaraq, cavabımız uzun sürməyəcək. Bizə qarşı istənilən düşmən hücumlarına cavab verməyə davam edəcəyik. Aİ-nin təhrik edilmiş qeyri-qanuni hərəkətlərinə görə bütün məsuliyyət, qlobal ərzaq, enerji və iqtisadi problemlərin kəskinləşməsi riskləri yalnız Brüsselin, onun Vaşinqton və Londondakı siyasi sponsorlarının üzərinə düşəcək”, - deyə Zaxarova qeyd edib.