...

Mask onun yerini izləyən jurnalistlərin hesablarını blokdan çıxaracaq

Dünya xəbərləri Materials 17 Dekabr 2022 10:55 (UTC +04:00)
Mask onun yerini izləyən jurnalistlərin hesablarını blokdan çıxaracaq

Bakı. Trend:

Amerikalı milyarder İlon Mask Amerikanın aparıcı mediasından bir neçə jurnalistin Tvitter hesabını blokdan çıxaracaq.

Trend xəbər verir ki, bu barədə Mask özünün Tvitter hesabında məlumat verib. Həmin jurnalistlər Maskın yeri haqda özəl informasiyanı paylaşmaqda ittiham olunurdular və hesabları 7 gün müddətinə bağlanmışdı.

"İzləyicilərlə danışdıq. Olduğum yeri izləyən hesablar blokdan çıxarılacaq", - deyə Mask yazıb.

Sorğunun nəticələrinə görə, şəbəkə istifadəçilərinin 58,7%-i hesabların dərhal blokdan çıxarılmasının, 41,3%-i isə yeddi günlük limitin saxlanmasının tərəfdarı olub.

Qeyd edək ki, İlon Mask CNN teleşirkətinin, "The New York Times", "The Washigton Post" qəzetlərinin, "The Intercept" və "Mashable" portallarının müxbirlərinin, həmçinin bir neçə müstəqil jurnalistin hesabının fəaliyyətini dayandırıb. Maskın şərhinə görə, hesabları bloklanmış jurnalistlər onun yerini real vaxt rejimində yerləşdirməklə əslində sui-qəsdin koordinatlarını veriblər ki, bu da sosial şəbəkə qaydalarının aşkar pozulmasıdır. Şəxsi məlumatların zərərli niyyətlə yayılması ilə bağlı hamıya tətbiq edilən qaydalar jurnalistlərə də eynən tətbiq olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti