Bakı. Trend:
İstifadəçiləri reklamlardan azadan edən yeni abunə funksiyası "Twitter" sosial şəbəkəsində yaradila bilər.
Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində sosial şəbəkənin sahibi İlon Mask yazıb.
Onun sözlərinə görə, bu abunə imkanı indiki abunədən baha olacaq.
"Reklamları silməyə imkan verəcək daha bahalı abunə olacaq", - deyə İ.Mask yazıb.
O qeyd edib ki, "Twitter"də reklamları çox uzun və tez-tez gələn hesab edir.