...

Qazaxıstanda parlament seçkilərində seçici fəallığı 50 faizi keçib

Dünya xəbərləri Materials 19 Mart 2023 15:15 (UTC +04:00)

Bakı. Trend:

19 mart 2023-cü il yerli vaxtla saat 16:10 üçün Qazaxıstanda keçirilən parlament seçkilərində siyahılara daxil edilmiş vətəndaşların ümumi sayının 51,98 faizi seçki bülletenləri alıb.

Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Mərkəzi Seçki Komissiyasına istinadən "Kazinform" agentliyi məlumat yayıb.

Qeyd edək ki, bu gün Qazaxıstanda parlamentə və yerli nümayəndəlik orqanlarına seçkilər başlayıb. Seçki məntəqələrində yerli vaxtla saat 7:00-da başlayan səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti