Bakı. Trend:
ABŞ-ın sabiq prezidenti Donald Tramp rəsmən həbs edilib.
Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı xəbər verib.
Həbs ona qarşı ittiham irəli sürülənədək davam edəcək.
Amerika prosessual hüququnda həbs böyük münsiflər heyətinin qərarı nəticəsində ittiham irəli sürülməsinin məcburi hissəsidir. Təqsirləndirilən şəxs yalnız ittiham irəli sürülən vaxt ərzində həbsdə qalır.