...

ABŞ sənədlərini sızdırmaqda şübhəli bilinən şəxs 10 ildən çox müddətinə həbs oluna bilər

Dünya xəbərləri Materials 14 Aprel 2023 05:53 (UTC +04:00)
ABŞ sənədlərini sızdırmaqda şübhəli bilinən şəxs 10 ildən çox müddətinə həbs oluna bilər

Bakı. Trend:

Pentaqonun məxfi sənədlərini sızdırmaqda şübhəli bilinən 21 yaşlı Cek Daqlas Teyşeyra 10 ildən çox müddətinə həbs oluna bilər.

Trend-in məlumatına görə, bu barədə "The New York Times" qəzeti xəbər verib.

Qəzetdən bildirilib ki, ABŞ-ın baş prokuroru Merrik Qarlandın sözlərindən belə nəticə çıxır ki, şübhəli şəxs casusluq qanununu pozmaqda ittiham oluna bilər. ABŞ Qanunlar toplusunun 18-ci bölməsinin 793-cü paraqrafına ("Müdafiə sahəsinə aid olan məlumatların toplanması, ötürülməsi və ya itirilməsi") əsasən, bu məlumatın "ABŞ zərərinə və ya hər hansı xarici dövlətin xeyrinə istifadə oluna biləcəyinə inanmaq üçün niyyət və ya kifayət qədər səbəblə" alınmasına görə cəza tətbiq olunur.

Həmin paraqrafla 10 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. "The New York Times" vurğulayıb ki, şübhəli şəxs şəbəkəyə daxil olan məxfi sənədlərin hər biri ilə bağlı ayrıca ittiham oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti