...

"Türkiyə Əsri"ndə iqtisadiyyatımızı daha da gücləndirəcəyik - Cevdet Yılmaz

Dünya xəbərləri Materials 15 İyun 2023 16:49 (UTC +04:00)
"Türkiyə Əsri"ndə iqtisadiyyatımızı daha da gücləndirəcəyik - Cevdet Yılmaz

Bakı. Trend:

"Türkiyə Əsri"ndə iqtisadiyyatımızı daha da gücləndirəcəyik.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.

"Biz güclü liderlik, sabitlik və inamla qurulan ardıcıl siyasətlə çətinliklərin öhdəsindən gələcəyik. İnflyasiya ilə mübarizədə təsirli və qətiyyətli addımlar atacağıq. Oktyabr ayında 12-ci inkişaf planını Milli Məclisə təqdim etməyi planlaşdırırıq. Sentyabr ayında biz bu çərçivədə birbaşa resurs bölgüsü ilə dövlət siyasətini və təcrübələrini nəzərdən keçirəcəyik", - deyə o qeyd edib.

"Türkiyə Əsri"ndə iqtisadiyyatımızı daha da gücləndirəcəyik. Maliyyə məkanımızdan sosial xərclər və keyfiyyətli investisiyalar üçün istifadə edəcəyik. Sürətli və effektiv iş imkanlarından istifadə edərək yolumuza davam edəcəyik", - deyə vitse - prezident bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti