Bakı. Trend:
Rusiyanın Avtomatika və Hidravlika üzrə Mərkəzi Elmi-Tədqiqat İnstitutu (“Rostex” Dövlət Korporasiyasının “Yüksək dəqiqlikli komplekslər” holdinqinə daxildir) operativ-taktik raket kompleksləri üçün tərkib hissələrin istehsalını dəfələrlə artırıb.
Trend bu barədə şirkətin mətbuat xidmətinə istinadən xəbər verir.
"Avtomatika və Hidravlika üzrə Mərkəzi Elmi-Tədqiqat İnstitutu operativ-taktik və taktiki raket kompleksləri üzrə məhsulların istehsalını ötən ilin analoji dövrü ilə müqayisədə bir neçə dəfə artırıb" - məlumatda deyilir.
Bu gün Rusiya ordusunun silahlarına "İsgəndər" operativ-taktik raket kompleksləri daxildir.
Qeyd edək ki, "İsgəndər-M" operativ-taktik raket kompleksləri 500 kilometrədək məsafədə düşmənin kiçik ölçülü və böyük sahəli hədəflərini - raket sistemlərini, reaktiv yaylım atəşi sistemlərini, uzaqmənzilli artilleriya qurğularını, aerodromlarda təyyarə və helikopterlərini, komanda məntəqələri və rabitə qovşaqlarını vurmaq üçün nəzərdə tutulub.