Bakı. Trend:
Qırğız Respublikasının keçmiş təbii ehtiyatlar, ekologiya və texniki nəzarət naziri Dinara Kutmanova saxlanılıb.
Trend xəbər verir ki, D.Kutmanova başçılıq etdiyi nazirlikdə törədilən çoxsaylı cinayət işi faktları çərçivəsində saxlanılıb.
Komitənin məlumatına görə, o, korrupsiya məsələlərinin əsas təşkilatçısı olub.
İstintaq zamanı toplanmış sübutlar, o cümlədən korrupsiya materialları digər iştirakçılarının ifadələri, habelə keçmiş nazir və təqsirləndirilən şəxslərin iştirakı ilə aparılan üzləşdirmə nəticələri əsasında müəyyən edilib ki, Kutmanova şəxsi ambisiyaları və şəxsi maraqları naminə ayrılmış dövlət vəsaitlərinin qanunsuz mənimsənilməsi üçün geniş korrupsiya şəbəkəsi təşkil edib.