...

Hava normallaşanadək sığınacaqlarda qalın - ABŞ-da tufan və daşqın xəbərdarlığı

Dünya xəbərləri Materials 15 Avqust 2023 20:20 (UTC +04:00)
Hava normallaşanadək sığınacaqlarda qalın - ABŞ-da tufan və daşqın xəbərdarlığı

Bakı. Trend:

ABŞ-ın paytaxtı Vaşinqtonun bəzi bölgələrində şiddətli tufan və daşqın olacağı barədə əhaliyə xəbərdarlıq edilib.

Trend xəbər verir ki, bu barədə ABŞ Milli Meteoroloji Xidməti məlumat yayıb.

Məlumatda tufan nəticəsində yarana biləcək dağıntıların vətəndaşlar üçün təhlükəli ola biləcəyi qeyd edilib.

Milli Meteoroloji Xidmət vətəndaşları hava şəraiti normallaşanadək sığınacaqlardan istifadə etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti