...

Bu il tarixdə müşahidə edilən ən isti yay olub - BMT

Dünya xəbərləri Materials 6 Sentyabr 2023 15:55 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il tarixdə müşahidə edilən ən isti yay olub.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş bildirib.

O bildirib ki, planet "qaynama mövsümündən keçib". Tarixdə ən isti yayın qeydə alınması iqlim böhranının başlamasından xəbər verir:

"Dünya liderlərini vəziyyətin daha acınacaqlı olmasından qaçınmaq üçün dərhal iqlim dəyişikliyi ilə mübarizəni gücləndirməyə çağırırıq".

Qeyd edək ki, alimlərin fikrincə, 2023-cü ildə baş verən anomal istilər Polineziyadakı Hunqa-Tonqa-Hunqa-Haapay sualtı vulkanının püskürməsi ilə bağlı ola bilər. Onların sözlərinə görə 2022-ci ilin yanvarında bu püskürmənin miqyası çox böyük olub, stratosferə görünməmiş miqdarda su buxarı, həmçinin kükürd dioksidi və vulkanik kül yayılıb. Bütün bunlar şimal yarımkürəsində istiləşmələrə səbəb ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti