Bakı. Trend:
Türkiyənin şimal-qərbində yerləşən Çanaqqala vilayətinin Ayvacık rayonunda meşəlik ərazidə başlayan yanğının miqyası genişlənib.
Trend bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, əraziyə yanğınsöndürənlər və helikopterlər cəlb olunublar. Havanın küləkli olması yanğına qarşı effektiv mübarizə aparmağa mane olur.
Yanğının söndürülməsi istiqamətində işlər davam edir.