...

Türkiyənin bu vilayətində yeni neft quyusu qazılacaq

Dünya xəbərləri Materials 30 Sentyabr 2023 11:40 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Van vilayətində yerləşən Körkandil dağında yeni neft quyusu qazılacaq.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə "Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti açıqlama verib.

Məlumata əsasən, bu ilin sonu və ya gələn ilin əvvəlində Körkandil dağında quyunun qazılacağı və qazma işlərinin 3 min metr dərinliyi keçəcəyi gözlənilir.

Qeyd edək ki, hazırda Türkiyənin Siirt, Batman və Şırnak vilayətlərində neft kəşfiyyatı işləri davam edir.

2022-ci ilin dekabrında Şırnakın Qabar dağında 150 milyon barrel neft ehtiyatı aşkar edilən Şehit Esma Çevik (ŞEÇ) Neft Yatağının ehtiyat dəyərinin təxminən 12 milyard dollar olduğu açıqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti