...

Türkiyə, İran, Özbəkistan və Türkmənistan arasında “Daşkənd bəyannaməsi” imzalanıb

Dünya xəbərləri Materials 2 Noyabr 2023 16:44 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə, İran, Özbəkistan və Türkmənistan arasında nəqliyyat dəhlizlərinin funksiyasının artırılmasına dair razılaşma əldə olunub və “Daşkənd bəyannaməsi” imzalanıb.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin nəqliyyat nazirlərinin 12-ci iclasında iştirak edib.

Uraloğlu buradakı çıxışında İƏT-ə üzv ölkələrin əhəmiyyətli əhali və iqtisadi potensiala malik olduğunu və bu potensialın reallaşdırılması üçün əməkdaşlıq və həmrəylik iradəsi ilə ortaq güclə üzə çıxarılması lazım olduğunu bildirib.

Yol nəqliyyatı ilə bağlı problemlərə diqqət çəkən Uraloğlu qeyd edib ki, yol nəqliyyatı istifadəyə hazır bir hərəkətverici qüvvədir.

“Nəqliyyatı bu gücün hərəkətverici elementi kimi görmək istəyirik. Bununla belə, təəssüflə vurğulamaq istərdim ki, bizim ölkələrarası yol kəsişməsi prosedurlarımız daşımaların artmasına kömək etməkdən uzaqdır. Bu problemlərin, xüsusən də tranzit sənədlərinin ticarətimizə mane olmasına imkan verməməliyik. Daşıma və ticarətdəki maneələri aradan qaldırmaq və daşıma xərclərini azaltmaq üçün təşkilat daxilində ümumi mənfəətimizə xidmət edəcək vahid bir yanaşma qəbul etməli və həyata keçirməliyik.

Bu baxımdan dost ölkələrimiz arasında daşımaların liberallaşdırılması üçün ikitərəfli və tranzit yol keçidi sənədi kvotalarını ləğv etməliyik. Bu kontekstdə mən məmnuniyyətlə bildirmək istəyirəm ki, biz Qırğızıstanla ikitərəfli və tranzit daşımaların liberallaşdırılmasına dair razılıq əldə etmişik və yekun mərhələyə çatmışıq. Biz ümid edirik ki, digər üzvlərlə də ən qısa zamanda belə addımlar atacağıq",- deyə nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti