...

Qazaxıstan və Türkiyə hərbi əməkdaşlıq planı imzalayıb

Dünya xəbərləri Materials 7 Noyabr 2023 14:59 (UTC +04:00)
Qazaxıstan və Türkiyə hərbi əməkdaşlıq planı imzalayıb

Bakı. Trend:

Qazaxıstan və Türkiyə 2024-cü il üçün hərbi əməkdaşlıq planı imzalayıb/

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, Qazaxıstanın Müdaiə naziri Ruslan Jaksılıkov, türkiyəli həmkarı Yaşar Gülər ​​ilə danışıqlar aparıb.

Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər.

Eyni zamanda, Ruslan Jaksılıkov Türkiyə Hərbi Akademiyasında təhsil alan qazax kursantlarla görüşüb.

Qazaxıstan nümayəndə heyəti aviasiya avadanlığı və pilotsuz uçuş aparatlarının istehsalı üzrə ixtisaslaşmış TUSAŞ şirkətinə də baş çəkib.

Görüşün sonunda Qazaxıstan və Türkiyə tərəfləri arasında 2024-cü il üçün hərbi əməkdaşlıq planı imzalanıb.

Qeyd edək ki, Qazaxıstan və Türkiyə ikitərəfli münasibətlərin uğurlu inkişafının əsasını təşkil edən güclü tarixi və mədəni əlaqələri bölüşür. Hər iki ölkənin nazirlikləri hərbi elm, təhsil və döyüş hazırlığı sahələrində qarşılıqlı əlaqə qurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti