...

Blinken Qəzzada münaqişənin həll yolunun tapıla biləcəyinə əminliyini ifadə edib

Dünya xəbərləri Materials 9 Yanvar 2024 02:43 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqdə münaqişənin İsrailin təhlükəsizliyini təmin edəcək və eyni zamanda fələstinlilərin maraqlarına cavab verəcək həll yolunun tapıla biləcəyinə əminliyini ifadə edib.

Trend-in məlumatına görə, bu barədə Amerika KİV-ləri xəbər verib.

"Əminəm ki, İsrailə davamlı sülh və təhlükəsizlik gətirə biləcək və Fələstin xalqının istəklərinə cavab verə biləcək gələcəyə aparan bir yol var", - deyə A.Blinken bildirib.

"Associated Press" agentliyinin məlumatına əsasən, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşdən sonra A.Blinken qeyd edib ki, dörd ərəb ölkəsi və Türkiyə münaqişənin bitməsindən "sonrakı günləri"nin planlaşdırmasında iştirak etməyi nəzərdən keçirir.

"Biz Qəzza zolağına sabitlik və bərpa prosesində kömək etmək üçün birgə işləmək və səyləri əlaqələndirmək barədə razılığa gəldik", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti