...

Macarıstan Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara yardım edəcək

Dünya xəbərləri Materials 25 Yanvar 2024 00:10 (UTC +04:00)
Macarıstan Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara yardım edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstan Moldovanın Avropa İttifaqına (Aİ) daxil olmasını dəstəkləyir və bu məsələ ilə bağlı danışıqların tez və effektiv şəkildə aparılmasına kömək edəcək.

Trend TASS-a istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə moldovalı həmkarı Dorin Reçan ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, söhbət təkcə Aİ-yə üzvlüyün Moldova üçün faydalı olacağından deyil, həm də Avropa İttifaqının yeni enerjiyə ehtiyacı olmasından gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti