...

Quterreşdən yenidən Qəzzada təcili atəşkəslə bağlı ÇAĞIRIŞ

Dünya xəbərləri Materials 1 Mart 2024 13:22 (UTC +04:00)
Quterreşdən yenidən Qəzzada təcili atəşkəslə bağlı ÇAĞIRIŞ
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin baş katibi Antonio Quterreş yenidən Qəzza zolağında təcili atəşkəslə bağlı çağırış edib.

Trend xəbər verir ki, baş katib bu barədə özünün "X" sosial şəbəkəsində yazıb.

"Qəzzadakı münaqişənin faciəvi insan qurbanlarından dəhşətə gəlmişəm: məlumatlara görə, 30 mindən çox insan qətlə yetirilib və 70 mindən çox insan yaralanıb. Təcili humanitar atəşkəs və bütün girovların qeyd-şərtsiz azad edilməsi ilə bağlı çağırışımı təkrarlayıram", - Quterreş yazıb.

Qeyd edək ki, bir qədər əvvəl İsrailin müdafiə naziri Yoav Qallant İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağının cənubundakı Rəfah şəhəri yaxınlığında və anklavın mərkəzi hissəsində əməliyyata hazırlaşdığı barədə məlumat verib.

Onun sözlərinə görə, İsrail ordusu əməliyyatın növbəti mərhələsinə keçmək üçün həm Rəfahda, həm də mərkəzi bölgələrdəki qaçqın düşərgələrində əməliyyat keçirməyə hazırlaşır.

Y.Qallant vurğulayıb ki, İsrail ordusu HƏMAS-dan əhəmiyyətli miqdarda məlumat alıb və hazırda bu məlumatlardan tunelləri və təşkilatın əsas mərkəzlərini məhv etmək üçün istifadə olunur. Nazir həmçinin qeyd edib ki, HƏMAS-ın yeraltı tunel sistemi ozləri üçün tələyə çevrilir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti