Bakı. Trend:
Türkiyədə 4 bal gücündə zəlzələ baş verib. Trend xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələnin episentri Qara dənizin Samsun körfəzində 18,27 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntı və xəsarət alanlar barədə məlumat daxil olmayıb.
