Bakı. Trend:
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron NATO xarici işlər nazirlərinin keçiriləcək iclasında Kiyev üçün silah və sursat istehsalı və alınması üçün birgə səylərə çağıracaq.
Trend-in məlumatına görə, bu barədə nazirin mətbuat xidməti bildirib.
"Kemeron NATO-ya həmişəkindən daha yaxın olan Ukraynaya davamlı dəstəyin vacibliyini vurğulayacaq. O, NATO müttəfiqlərini Böyük Britaniyanın Ukrayna Silahlı Qüvvələri üçün NATO standartlarına uyğun raket və sursat almaq təşəbbüslərinə qoşulmağa çağıracaq", - deyə qeyd olunub.
Məlumata əsasən, nazir iclasda Böyük Britaniyanın Avstraliya, Yaponiya, Yeni Zelandiya və Koreya Respublikası da daxil olmaqla Hind-Sakit Okean regionu ölkələri ilə tərəfdaşlıq əlaqələrini, eləcə də Aİ ilə uzunmüddətli əlaqələrini dərinləşdirdiyi barədə məlumat verəcək.