Bakı. Trend:
Bu gün günorta saatlarında İranın Tehran vilayətində təkərqayırma zavodunda yanğın baş verib.
Trend-in məlumatına görə, bunu İranın Tehran vilayəti Təcili Yardım İdarəsinin direktoru Məhəmməd İsmayıl Təvəkkoli deyib.
Onun sözlərinə görə, baş verən yanğın nəticəsində 50 nəfər müxtəlif dərəcəli yanğın xəsarəti alıb. Yaralılardan 32 nəfəri xəstəxanalara köçürülüb.
İdarə rəsmisi qeyd edib ki, yanğının əhatə dairəsi geniş olduğuna görə, hadisə yerinə 10 təcili yardım maşını, 2 təcili yardım avtobusu ezam olunub.