Bakı. Trend:
Kişinyov hava limanı İrəvandan uçan təyyarəni qəbul etməyib, təyyarə Buxarestdə eniş etməli olub.
Trend xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Kişinyov hava limanı təyyarəni qəbul etməkdən imtina edəndən sonra təyyarənin İrəvana geri göndəriləcəyi barədə məlumat yayılıb. Lakin Kişinyovun təkrar imtinasından sonra təyyarə Buxarestdə eniş edib və sərnişinlər təyyarəni tərk ediblər.
Bəzi məlumatlara görə, təyyarədə partlayıcı qurğunun olduğu elan edilib.