...

Kapadokyada hava balonu qayaların arasına düşüb: 22 nəfər xilas edilib

Dünya xəbərləri Materials 22 İyun 2024 14:23 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Kapadokya bölgəsində külək səbəbindən sərnişinlərin olduğu hava balonu qayaların arasında ilişib qalıb.

Trend xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.

Məlumata görə, külək səbəbindən 22 nəfərin olduğu isti hava balonu yerə düşüb və qayaların arasında qalıb. Bölgəyə həkim, polis və yanğınsöndürənlərdən ibarət qruplar göndərilib.

Şarda olan insanlar xilas edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti