...

İstanbulda dördmərtəbəli bina qismən uçub

Dünya xəbərləri Materials 27 İyun 2024 07:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İstanbul vilayətinin Bahçelievler rayonunda 4 mərtəbəli bina qismən uçub.

Trend-in məlumatına görə, bu barədə "NTV" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, hadisə bu gün səhər saatlarında baş verib. Hadisə yerinə təcili yardım xidmətləri gəlib.

Hadisə yerində təcili yardım briqaların apardığı araşdırma zamanı ölən, yaralanan və ya dağıntılar altında qalanlar müəyyən edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti