...

Tramp ABŞ-də prezidentliyin ilk günündə Qəzzada münaqişəni həll edəcəyinə söz verib

Dünya xəbərləri Materials 2 Sentyabr 2024 03:33 (UTC +04:00)
Tramp ABŞ-də prezidentliyin ilk günündə Qəzzada münaqişəni həll edəcəyinə söz verib

Bakı. Trend:

ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Tramp bildirib ki, seçkidə qalib gəlsə, vəzifəsinin ilk günündə Fələstin-İsrail münaqişəsini həll edə biləcək.

Trend-in məlumatına görə, bu barədə D.Tramp "X" sosail şəbəkəsində yazıb.

"Ölkəmiz və çox güclü xalqımız [ABŞ Prezidenti] Co Baydenin dövründə təhlükəsiz deyil və [ABŞ vitse-prezidenti] Kamala Harrisin dövründə daha da təhlükəsiz olacaq. Prezident olsaydım, bu dəhşətli hadisə heç vaxt baş verməzdi və Oval Kabinetə qayıtdığım gün dayanacaq", - deyə o bildirib.

D.Tramp əlavə edib, C.Bayden və K.Harrisin qərarları "nəinki insanların həyatını riskə atır, həm də lazımsız və qarşısı alına bilən ölümlərlə birbaşa bağlıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti