Bakı. Trend:
Yəməndə avtobusun qəzaya uğraması nəticəsində 16 nəfər həyatını itirib.
Trend-in yerli KİV-ə istinadən verdiyi məlumata görə, Adendən Taiz şəhərinə doğru hərəkət edən avtobus idarəetməni itirərək aşıb.
Qəza nəticəsində ikisi uşaq olmaqla 16 nəfər həlak olub, 4 nəfər isə yaralanıb. Hadisəyə avtobusun əyləc sistemindəki nasazlıq səbəb olub.
Məlumata görə, ilin birinci yarısında həmin yolda 114 qəza qeydə alınıb və bu qəzalar nəticəsində doqquz nəfər həyatını itirib.