Daşkənd. Trend:
27 oktyabrda keçirilmiş Özbəkistan parlament seçkilərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirilib. Özbəkistanın Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına əsasən, seçici fəallığı 74,7 faiz təşkil edib.
Bu barədə Trend-in Özbəkistan hökumətinin dəvəti ilə seçkiləri işıqlandırmaq üçün tədbirdə iştirak edən xüsusi müxbiri məlumat verib.
Qeyd edək ki, Trend müstəqil informasiya agentliyi Cənubi Qafqazda və Xəzər regionunda, eləcə də, Mərkəzi Asiyada aparıcı xəbər tədarükçüsü kimi dünya informasiya məkanında mühüm yer tutur.
Trend-in müxbiri xəbər verir ki, mətbuat konfransında Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Zayniddin Nizamxocayev çıxış edib.
"Seçkilərdə 15 milyondan çox insan iştirak edib. İlkin nəticələrə əsasən, Özbəkistan Liberal Demokrat Partiyası səslərin 34,75 faizini qazanıb", - o bildirib.
Onun sözlərinə görə, oktyabrın 16-dan 23-dək keçirilən növbədənkənar səsvermədə ölkə ərazisində 1 milyondan çox, xaricdə isə 132 000-dən çox seçici səs verib.
Aşağıda reportajın tam versiyası ilə tanış ola bilərsiniz: