Bakı. Trend:
Cənubi Koreyanın STX ticarət korporasiyası Peruya 60 milyon dollar dəyərində 30 ədəd K808 "Pekxo" təkərli zirehli personal daşıyıcısı tədarük edəcək.
Trend xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi saytında yayılıb.
K808 zirehli transportyorları Hyundai Rotem tərəfindən istehsal olunur, müqavilə isə Peru tərəfdən FAME silah fabriki ilə bağlanıb.
Şirkət qeyd edib ki, bu müqavilə Peru ilə beş il ərzində aparılan sıx əməkdaşlığın nəticəsidir. Hazırda tərəflər əlavə avadanlıqların təchizatı və uzunmüddətli texniki əməkdaşlıqla bağlı müzakirələr aparırlar. Bu sövdələşmə STX-in illik satışlarının təxminən 9%-ni təşkil edir.
K808 zirehli transportyorları bu ilin may ayında keçirilən tenderdə qalib gəlib və ilkin olaraq 30 ədəd tədarük ediləcək. Müqavilənin ilin sonuna qədər tam yekunlaşması planlaşdırılır. Bu saziş, eyni zamanda, Cənubi Koreya zirehli texnikasının Latın Amerikası ölkələrinə ilk tədarük nümunəsi olacaq.