...

İlon Mask “Amerikanın Səsi” və “Azadlıq Radiosu”nu bağlamağa çağırıb

Dünya xəbərləri Materials 9 Fevral 2025 20:24 (UTC +04:00)
İlon Mask “Amerikanın Səsi” və “Azadlıq Radiosu”nu bağlamağa çağırıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı milyarder İlon Mask ABŞ-nin “Amerikanın Səsi” və “Azadlıq Radiosu” radiostansiyalarını bağlamağa çağırıb.

Trend xəbər verir ki, Mask, ABŞ-nin keçmiş Milli Kəşfiyyat direktoru Riçard Qrenellin bu mətbu orqanları “keçmişin qalığı” və “ultrasol aktivistlərlə dolu” adlandırdığı paylaşımı repost edərək fikrini bildirib.

"Bəli, onları bağlayın. Boğucu bürokratiya xaric olmaqla Avropa indi azaddır. Artıq heç kim onlara qulaq asmır", - deyə Mask bildirib.

Onun fikrincə, bu radiostansiyaları öz-özünə danışan, radikal solçular idarə edir.

Qrenell “Amerikanın Səsi” və “Azadlıq Radiosu”nu qərəzlilikdə ittiham edərək bu media platformaların radikal solçuların meydanına çevrildiyini iddia edib.

Xəbər lenti

Xəbər lenti