...

Çernobil AES-ə Rusiyaya aid dron düşüb

Dünya xəbərləri Materials 14 Fevral 2025 14:30 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiya ordusuna aid dron Ukraynanın Çernobil Atom elektrik stansiyasının sıradan çıxmış reaktorunun radiasiya sığınacağına (radiasiyanı izolasiya edən qoruyucu örtük) düşüb.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, zərbədən sonra dördüncü blokun sığınacağında yanğın baş versə də, Beynəlxalq Atom enerji Agentliyinin AES-də olan əməkdaşlarının müdaxiləsindən sonra alovu söndürmək mümkün olub.

Faktı Beynəlxalq Atom Enerji Agentliyi də təsdiqləyib. Agentlik Çernobılın daxilindən və kənarında radiasiya səviyyələrinin normal və stabil olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti