...

Çilidə 5,5 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 26 Mart 2025 05:52 (UTC +04:00)
Çilidə 5,5 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Çilidə 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 105 min nəfər əhalisi olan Alto-Ospisio şəhərindən 97 km şimal-şərqdə, ocağı isə 100 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti