...

Cənub okeanının soyuması paradoksu həll edilib

Dünya xəbərləri Materials 31 Mart 2025 18:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Stanford Universitetindən olan ABŞ alimləri Antarktida ətrafındakı suların iqlim modellərinin proqnozlarına zidd olaraq niyə soyuduğunu izah edən mexanizmi aşkar ediblər.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, tədqiqat "Geophysical Research Letters" (GRL) elmi jurnalında dərc edilib.

Məlumata görə, mövcud hesablamalarda kifayət qədər nəzərə alınmayan ərimə suyu və yağıntıların əsas rol oynadığı məlum olub.

Qeyd edilir ki, son 40 il ərzində Cənub okeanı davamlı soyuma tendensiyası nümayiş etdirib, halbuki qlobal iqlim modelləri onun istiləşməsini proqnozlaşdırır.

Yeni tədqiqat göstərib ki, bu uyğunsuzluq buzların sürətli əriməsi və yağıntıların artması nəticəsində yaranan "şirin su qapağı" ilə əlaqədardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti