Bakı. Trend:
Banqladeşin Korrupsiyaya qarşı Mübarizə Komissiyası (ACC) Böyük Britaniyanın Leyboristlər Partiyasından olan parlament üzvü Tulip Siddiq barəsində həbs qərarı verib.
Trend “Sky News”a istinadla xəbər verir ki, Tulip Siddiq Banqladeşin paytaxtı Dəkkədə yerləşən torpaq sahəsini qanunsuz şəkildə əldə edib. Lakin deputatın vəkilləri bu iddiaları qəti şəkildə rədd edərək, ittihamların əsassız və böhtan xarakterli olduğunu bildiriblər.
Qeyd edək ki, Tulip Siddiq bu ilin əvvəlində Böyük Britaniya Maliyyə Nazirliyindəki vəzifəsindən istefa verib. Onun istefası, Banqladeşdə 2023-cü ildə devrilmiş Şeyx Hasina hökuməti ilə əlaqələrinin Britaniya Baş nazirinin etik müşaviri tərəfindən araşdırılmasından sonra baş verib.