...

Əlcəzair 12 fransalı diplomatı ölkədən qovub

Dünya xəbərləri Materials 14 Aprel 2025 11:47 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əlcəzair höküməti 12 fransız diplomatın ölkədən xaric edilməsi iə bağlı qərar qəbul edib.

Trend xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti Fransa XİN rəhbəri Jan-Noel Barroya istinadən məlumat yayıb.

“Əlcəzair bizim 12 əməkdaşımızın 48 saat ərzində ölkə hüdudlarını tərk etmələrini xahiş edib”, -deyə nazir bildirib.

Məlumata əsasən, söhbət Fransanın daxili işlər nazirliyi ilə əlaqəli inzibati və diplomatik əməkdaşlardan gedir. XİN rəbhəri bildirib ki, Əlcəzair diplomatları, Fransanın ölkə ərazisində qanunpozutunlarında şübhəli bilinən 3 Əlcəzair vətəndaşını saxlamasına” cavab olaraq ölkədən çıxarır. Qəzetin yazdığına görə, həmin şəxslər aprelin 11-də saxlanılıblar.

Barro xəbərdar edib ki, Əlcəzairin bu addımı cavabsız qalmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti