Bakı. Trend:
Tailand və Kamboca nümayəndələri Kuala-Lumpurda keçirilən danışıqların yekununda sərhəddəki gərginliyin azaldılması ilə bağlı razılığa gəliblər.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Tailand hökuməti "X" sosial şəbəkəsində bəyanat yayıb.
Qeyd edilir ki, iki ölkə arasında sərhəd vəziyyətinin tənzimlənməsi üzrə birgə komitənin iclası uğurla başa çatıb. Tərəflər atəşkəs rejiminə əməl olunmasını təmin edən 13 bəndlik sazişə razılıq veriblər. Nümayəndələr həmçinin, sərhəddə sabitliyin qorunması və sülhün bərpasına yönəlmiş xüsusi protokolları da imzalayıblar.