...

Nursultan Nazarbayev Qazaxıstanın 2015-ci ilədək nəqliyyat strategiyasını təsdiqləyib

Dünya xəbərləri Materials 13 Aprel 2006 17:15 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkənin 26,4 mlrd dollar dəyərində olan 2015-ci ilədək nəqliyyat strategiyasını təsdiqləyib. Strategiyanın əsas məqsədi Qazaxıstan hasilatının rəqabət qabiliyyətliyinin artırılmasına xidmət edən səmərəli nəqliyyat infrastrukturunun qurulması, ölkənin coğrafi və strateji mövqeyini nəzərə alaraq onun tranzit potensialının maksimal dərəcədə istifadəsidir. Hökumətə bir ay ərzində strategiyanın gerçəkləşdirilməsi üzrə əməliyyat planını hazırlamaq tapşırılıb.

Sərəncama əsasən, hökumət hər il yanvarın 30-dək dövlət başçısını strategiyanın gerçəkləşidilməsi haqqında məlumatlandırmalıdır. Nəqliyyat strategiyasının gerçəkləşdirilməsi çərçivəsində 50 min km-dən artıq avtomobil yolu və 2 min km-dək dəmir yolunun tikilməsi planlaşdırılır. Maliyyə həcmi 26,4 mlrd dollar, o cümlədən 2006-cı ildə 1,7 mlrd dollar (avtomobil yolu - 567,2 mln dollar, dəmir yolu - 647,2 mln dollar, mülki aviasiya - 92,5 mln dollar, su nəqliyyatı - 90,9 mln dollar) məbləgində qiymətləndirilir. Bu barədə "RBK" agentliyi Qazaxıstan dövlət başçısının mətbuat xidmətinin rəhbərinə istinadən məlumat yayıb.

Xəbər lenti

Xəbər lenti