İran nüvə enerjisindən sülh məqsədlər üçün yararlanmaq hüququnu heç kimlə müzakirə etmək niyyətində deyil. Bu barədə İran prezidenti Mahmud Əhmədinecad Sudan prezidenti Ömər əl-Bəşirin Tehran səfərinin yekunları üzrə keçirilən mətbuat konfransında bildirib.
"Biz dəfələrlə bildirmişik ki, nüvə enerjisindən sülh məqsədlər üçün istifadə İran xalqının hüququdur... Və biz heç kimlə bu qanuni hüququ müzakirə etmək niyyətində deyilik" - deyə o əlavə edib. Eyni zamanda, Əhmədinecad məsələ ilə əlaqədar digər ölkələrlə dialoq və əməkdaşlığa hazır olduğunu bildirib. Bu barədə "İTAR-TASS" xəbər verir.